Dırnıs kəndindən olan şəhidimizin xatirəsi ehtiramla anılıb

    Ordubad rayonunun Dırnıs kəndində yerləşən Şəhidlər Xiyabanında şəhid Quliyev Sərxan Elxan oğlunun məzarı ziyarət olunub.

    Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, Polis şöbəsinin, Səfərbərlik Xidmətinin, Sosial Xidmətlər Agentliyinin, Təhsil şöbəsinin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, məktəb kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İlk olaraq şəhidlərin məzarları ziyarət olunaraq üzərlərinə gül dəstələri düzülüb. Şəhidlərimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib

    Çıxışlarda vətənin müdafiəsi, bölünməzliyi uğrunda şəhidlik zirvəsinə ucalan bütün şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Qəhrəman vətən övladlarının misilsiz döyüş qabiliyyətindən, eləcə də, xalqımızın hər zaman böyük qələbəyə inamla addımladığı tarixi zəfərdən bəhs olunub.

    Məktəblilər tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

     Şəhidlərimizin daima diqqətdə saxlanılması və göstərilən hörmət və ehtirama görə minnətdarlıq ifadə olunub.