2025-ci ilin yanvar-iyun aylarında Ordubad rayonunun iqtisadi və sosial inkişafının göstəriciləri
Ordubad rayonunda iqtisadi və sosial sahələrdə inkişafı istiqamətində aparılan tədbirlər 2025-ci ilin yanvar-iyun aylarında da davam etdirilmiş, bir çox sahələrdə dinamik inkişaf qorunub saxlanılmışdır. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2025-ci ilin yanvar-iyun aylarında əsas kapitala yönəldilən vəsaitlər 2 dəfə, nəqliyyat sektorunda yük daşınması 1,1 faiz, sərnişin daşınması 0,8 faiz, pərakəndə əmtəə dövriyyəsi 3,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 6,6 faiz artmış, ümumi məhsul buraxılışı 7,2 faiz, sənaye məhsulu 58,4 faiz, kənd təsərrüfatı məhsulu 1,7 faiz, informasiya və rabitə xidmətləri 37,7 faiz azalmışdır.
Ordubad rayonunun iqtisadi və sosial inkişafının əsas göstəriciləri
|
Müqayisə predmeti |
2025-ci ilin yanvar-iyun ayları, faktiki |
2024-cü ilin müvafiq dövrünə nisbətən, faizlə |
|
Ümumi məhsul buraxılışı, min manat |
47 379,5 |
92,8 |
|
Sənaye məhsulu, min manat |
9 917,3 |
41,6 |
|
Əsas kapitala yönəldilən vəsaitlər, min manat ondan tikinti quraşdırma işləri |
6 622,6 6 143,9 |
2,0 dəfə 2,0 dəfə |
|
Kənd təsərrüfatı məhsulu, min manat |
11 668,0 |
98,3 |
|
Nəqliyyat sektorunda yük daşınması, min ton |
124,8 |
101,1 |
|
Nəqliyyat sektorunda sərnişin daşınması, min sərnişin |
777,9 |
100,8 |
|
İnformasiya və rabitə xidmətləri, min manat |
308,7 |
62,3 |
|
Pərakəndə ticarət dövriyyəsi, min manat |
52 129,4 |
103,4 |
|
Əhaliyə göstərilən ödənişli xidmətlər, min manat |
9 150,3 |
106,6 |
Ümumi məhsul buraxılışı
2025-ci ilin yanvar-iyun aylarında 47379,5 min manatlıq, yaxud 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz az məhsul buraxılışı qeydə alınmışdır.
Ümum məhsul buraxılışının həcmi
|
2025-ci ilin yanvar-iyun aylarında faktiki qiymətlərlə, min manat |
|
|
Sənaye |
9917,3 |
|
Tikinti |
6143,9 |
|
Kənd təsərrüfatı |
11668,0 |
|
Nəqliyyat və anbar təsərrüfatı |
2660.2 |
|
İnformasiya və rabitə |
308,7 |
|
Ticarət |
16681.4 |
|
CƏMİ: |
47379.5 |
Ümumi məhsul buraxılışının strukturu
Sənaye
2025-ci ilin yanvar-iyun aylarında sənaye məhsulunun ümumi dəyəri 9917,3 min manat olmuşdur ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 58,4 faiz azdır. 2025-ci ilin yanvar-iyun aylarında sənaye məhsulunun 8549,4 min manatı emal sənayesinin, 1312,6 min manatı elektrik enerjisi, qaz və buxar istehsalı bölüşdürülməsi təchizatının, 55,3 min manatı isə su təchizatı, tullantıların təmizlənməsi və emalının payına düşür.
Sənaye məhsulu istehsalının sahə strukturu
Emal sənayesinin fəaliyyət növləri üzrə məhsul buraxılışı
|
Fəaliyyət növlərinin adı |
2025-ci ilin yanvar-iyun aylarında istehsal edilmişdir, min manat |
|
Emal sənayesi – cəmi |
8549,4 |
|
qida məhsullarının istehsalı |
8079,9 |
|
içki istehsalı |
234,0 |
|
geyim istehsalı |
63,0 |
|
rezin və plastik kütlə məmulatlarının istehsalı |
98,1 |
|
mebellərin istehsalı |
74,4 |
Emal sənayesinin sahə strukturu
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-ci ilin yanvar-iyun aylarında 1312,6 min manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, əvvəlki illə müqayisədə 62,5 faizlik azalma qeydə alınmışdır.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 55,3 min manat təşkil etmiş, əvvəlki illə müqayisədə 77,1 faiz artım müşahidə olunmuşdur.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı; su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında məhsul buraxılışı
|
Fəaliyyət növlərinin adı |
2025-ci ilin yanvar-iyun aylarında istehsal edilmişdir, min manat |
2024-cü ilin müvafiq dövrünə nisbətən, faizlə |
|
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı |
1312,6 |
37,5 |
|
Su təchizatı, tullantıların təmizlənməsi və emalı |
55,3 |
177,1 |
Tikinti-quruculuq
2025-ci ilin yanvar-iyun aylarında Ordubad rayonunda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6622,6 min manat vəsait yönəldilmişdir. Tikinti-quraşdırma işlərinə qoyulan vəsaitin dəyəri 6143,9 min manat olmuşdur ki, bu da qoyulan vəsaitin 92,8%-i təşkil edir.
Bu dövr ərzində Ordubad rayonunda Aza və Darkənd kəndlərində daxili avtomobil yollarının əsaslı təmiri davam etdirilmişdir.
Ordubad rayonunun Vənənd kəndində Bələdiyyə parkının tikintisi davam etdirilmişdir.
Hesabat dövründə Dəstə kəndində ticarət sahəsinin;
- Üstüpü kəndində heyvandarlıq təsərrüfatının yaradılması;
- Ordubad şəhərində və Biləv kəndində hər birində bir heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır.
Ordubad şəhərində otelin;
- Dəstə kəndində üç, Vənənd kəndində bir avtomobil təmiri sahəsinin;
- Dəstə kəndində mağazanın;
- Sabirkənd kəndində heyvandarlıq təsərrüfatının yaradılması;
- Üstüpü kəndində taxta məhsulları istehsalı sahəsinin;
- Unus kəndində arıçılıq təsərrüfatının;
- Qoşadizə və Darkənd kəndlərinin hər birində bir heyvandarlıq təsərrüfatının;
- Qoşadizə kəndində istixana təsərrüfatının genişləndirilməsi;
- Ordubad şəhərində iaşə xidməti sahəsinin, Vənənd kəndində istirahət mərkəzinin təmiri davam etdirilmişdir.
Kənd təsərrüfatı
Ordubad rayonunda yazlıq bitkilərin əkini başa çatdırılmışdır. 1 iyul 2025-ci il tarixə 193,7 hektar sahədə yazlıq bitkilər əkilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə yazlıq əkinlər 6,7 faiz azalmışdır. Əkin sahəsinin 36,4 hektarını dənli və dənli paxlalılar (qarğıdalısız), 0,1 hektarını dən üçün qarğıdalı, 0,1 hektarını dən üçün günəbaxan, 54 hektarını kartof, 89,5 hektarını tərəvəz, 0,5 hektarını ərzaq üçün bostan bitkiləri, 13,1 hektarını cari ilin çoxillik otları təşkil etmişdir.
1 iyul 2025-ci il tarixə əkin sahələrindən 678,3 ton dənli və dənli paxlalılar, 36,3 ton tərəvəz, 67,2 ton kartof, 233 ton meyvə və giləmeyvə yığılmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə dənli və dənli paxlalılar istehsalı 55,4 faiz azalmış, tərəvəz istehsalı 11,7 faiz, kartof istehsalı 8,4 faiz, meyvə və giləmeyvə istehsalı 16,2 faiz artmışdır.
Kənd təsərrüfatının ümumi məhsulunun strukturu
1 iyul 2025-ci il tarixə Ordubad rayonunda 6293 baş iribuynuzlu mal-qara olmuşdur ki, bu da 1 iyul 2024-cü illə müqayisədə 1,5 faiz azdır.
Məhsuldar mal-qara olan inək-camışlar iribuynuzlu mal-qaranın 3274 başını və yaxud 52,0 faizini təşkil etməklə 1 iyul 2024-cü illə müqayisədə 0,9 faiz azdır.
1 iyul 2025-ci il tarixə Ordubad rayonunda 42266 baş qoyun və keçi olmuşdur ki, bu da 1 iyul 2024-cü illə müqayisədə 0,1 faiz azdır.
1 iyul 2025-ci il tarixə iribuynuzlu mal-qaranın, qoyun və keçilərin inzibati ərazi dairələri üzrə sayı aşağıdakı cədvəldə öz əksini tapmışdır.
|
Sıra sayı |
İnzibati ərazi dairələri |
İribuynuzlu mal-qara |
ondan inək və camışlar |
Qoyun və keçilər |
|
1. |
Ordubad şəhər iəd |
290 |
173 |
2034 |
|
2. |
Gənzə kənd iəd |
60 |
26 |
540 |
|
3. |
Şəhriyar qəsəbə iəd |
37 |
11 |
703 |
|
4. |
Yuxarı Əylis kənd iəd |
67 |
29 |
2570 |
|
5. |
Aşağı Əylis kənd iəd |
47 |
23 |
1512 |
|
6. |
Nüsnüs kənd iəd |
270 |
158 |
2700 |
|
7. |
Yuxarı Əndəmic kənd iəd |
57 |
25 |
332 |
|
8. |
Aşağı Əndəmic kənd iəd |
41 |
16 |
650 |
|
9. |
Dəstə kənd iəd |
136 |
56 |
765 |
|
10. |
Vənənd kənd iəd |
125 |
82 |
499 |
|
11. |
Xanağa kənd iəd |
167 |
96 |
3310 |
|
12. |
Dırnıs kənd iəd |
204 |
192 |
2504 |
|
13. |
Vələver kənd iəd |
195 |
101 |
818 |
|
14. |
Unus kənd iəd |
246 |
126 |
2090 |
|
15. |
Kələki kənd iəd |
57 |
25 |
200 |
|
16. |
Aza kənd iəd |
281 |
210 |
1820 |
|
17. |
Azadkənd iəd |
229 |
144 |
1512 |
|
18. |
Sabirkənd iəd |
400 |
178 |
1020 |
|
19. |
Qoşadizə kənd iəd |
242 |
112 |
628 |
|
20. |
Düylün kənd iəd |
176 |
96 |
1070 |
|
21. |
Üstüpü kənd iəd |
305 |
179 |
755 |
|
22. |
Çənnəb kənd iəd |
230 |
124 |
22 |
|
23. |
Biləv kənd iəd |
448 |
167 |
4054 |
|
24. |
Tivi kənd iəd |
430 |
190 |
2145 |
|
25. |
Bist kənd iəd |
362 |
170 |
1390 |
|
26. |
Nəsirvaz kənd iəd |
180 |
85 |
1308 |
|
27. |
Xurs kənd iəd |
442 |
164 |
480 |
|
28. |
Gilançay kənd iəd |
111 |
71 |
345 |
|
29. |
Parağaçay qəsəbə iəd |
25 |
17 |
175 |
|
30. |
Parağa kənd iəd |
136 |
70 |
4315 |
|
Şəhər yerləri üzrə |
335 |
196 |
2672 |
|
|
Kənd yerləri üzrə |
5661 |
2920 |
39594 |
|
|
Çobanoğlu MMC |
297 |
158 |
|
|
|
Ordubad rayonu üzrə cəmi |
6293 |
3274 |
42266 |
|
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2025-ci il iyulun 1-i vəziyyətinə iribuynuzlu mal-qaranın sayında ən çox artım Xanağa, Vənənd, Vələver, Gilançay, Biləv kənd inzibati ərazi dairələrində, azalma isə Ordubad şəhər, Gənzə, Unus, Üstüpü, Azadkənd, Qoşadizə, Sabirkənd, Tivi, Nəsirvaz kənd inzibat ərazi dairələrində olmuşdur. Qoyun və keçilərin sayında ən çox artım Ordubad şəhər, Şəhriyar, Aşağı Əndəmic, Yuxarı Əndəmic, Aşağı Əylis, Yuxarı Əylis, Vələver, Qoşadizə kənd inzibat ərazi dairələrində, azalma isə Nüsnüs, Dəstə, Xanağa, Dırnıs, Unus, Düylün, Üstüpü, Biləv, Gilançay, Bist, Xurs kənd inzibat ərazi dairələrində qeydə alınmışdır.
2025-ci ilin yanvar-iyun aylarında Ordubad rayonunda diri çəkidə 2336,5 ton ət, 3836,9 ton süd, 8887 min ədəd yumurta istehsal edilmişdir. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,8 faiz, süd istehsalı 1,3 faiz, yumurta istehsalı 0,4 faiz artmışdır.
Ordubad rayonunda heyvandarlıq məhsulları istehsalı aşağıdakı cədvəldə öz əksini tapmışdır.
|
Göstəricilər |
2025-ci ilin yanvar-iyun ayları |
2024-cü ilin yanvar-iyun ayları |
analoji nisbət, faizlə |
|
Ət (diri çəkidə), ton |
2 336,5 |
2 271,8 |
102,8 |
|
Süd, ton |
3 836,9 |
3 787,0 |
101,3 |
|
Yumurta, min ədəd |
8 887,0 |
8 854,0 |
100,4 |
Əsas növ heyvandarlıq məhsulları istehsalı
2025-ci ilin yanvar-iyun ayları üzrə kənd təsərrüfatının ümumi məhsulu 11668,0 min manat olmuşdur ki, onun da 10629,4 min manatı heyvandarlığın, 1038,6 min manatı isə bitkiçiliyin payına düşür.
Kənd təsərrüfatı məhsulu haqqında
min manat
|
Sahələr |
2025-ci ilin yanvar-iyun ayları |
2025-ci ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə |
|
Heyvandarlıq |
10 629,4 |
101,8 |
|
Bitkiçilik |
1 038,6 |
73,0 |
|
Kənd təsərrüfatı üzrə cəmi məhsul istehsalı |
11 668,0 |
98,3 |
Nəqliyyat
2025-ci ilin yanvar-iyun aylarında Ordubad rayonunda avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 124,8 min ton yük, 777,9 min sərnişin daşınmışdır. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,1 faiz, sərnişin daşınması isə 0,8 faiz artmışdır.
İnformasiya-rabitə
Rayonda informasiya və rabitə xidmətlərinin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 37,7 faiz azalaraq 308,7 min manat olmuşdur.
Pərakəndə ticarət dövriyyəsi
2025-ci ilin yanvar-iyun aylarında Ordubad rayonunda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,4 faiz artaraq 52129,4 min manat təşkil etmişdir. İctimai iaşə dövriyyəsi 3385,1 min manat təşkil etmişdir ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur. 2025-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilə nisbətən 6,6 faiz artaraq 9150,3 min manat təşkil etmişdir.
Ordubad rayonunda 2025-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət, ictimai iaşə dövriyyələri və əhaliyə göstərilən ödənişli xidmətlər aşağıdakı cədvəlində öz əksini tapmışdır:
|
Müqayisə predmeti |
2025-ci ilin, yanvar-iyun ayları min manat |
2024-cü ilin müvafiq dövrünə nisbətən, faizlə |
|
Pərakəndə ticarət dövriyyəsi, min manat |
52 129,4 |
103,4 |
|
İctimai iaşə dövriyyəsi, min manat |
3 385,1 |
101,5 |
|
Əhaliyə göstərilən ödənişli xidmətlər, min manat |
9 150,3 |
106,6 |
Demoqrafik vəziyyət
Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi öz növbəsində demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, 1 iyun 2025-ci il tarixə Ordubad rayonunda əhalinin sayı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 144 nəfər artaraq 50863 nəfər olmuşdur.
2025-ci ilin yanvar-may aylarında rayonda 123 körpə dünyaya gəlmiş, 103 nəfər vəfat etmişdir. Daimi yaşamaq üçün 18 nəfər qeydiyyata alınmış, 2 nəfər isə köçüb digər bölgələrə getmişdir. Bu dövrdə bağlanan nigahların sayı 73, boşanmaların sayı isə 32 olmuşdur.
Əhalinin demoqrafik göstəricisi
|
Bölgələr |
01.01.2025-ci il tarixə əhalinin sayı |
Doğum |
Ölüm |
Gəlmə |
Getmə |
01.06.2025-ci il tarixə əhalinin sayı |
|
Şəhər yerləri üzrə |
11267 |
26 |
19 |
3 |
0 |
11277 |
|
Kənd yerləri üzrə |
39560 |
97 |
84 |
15 |
2 |
39586 |
|
Rayon üzrə cəmi |
50827 |
123 |
103 |
18 |
2 |
50863 |
Aparılan təhlillər onu deməyə əsas verir ki, rayonun iqtisadi və sosial həyatı uğurlar və nailiyyətlərlə zəngin olmuş, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, davamlı inkişaf qorunub saxlanmışdır.