19 aprel 2025-ci tarixdə Ordubad rayonu ərazisində növbəti abadlıq və təmizlik işləri həyata keçirilib. 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan olunması çərçivəsində görülən işlərin davamı olaraq Ordubad–Naxçıvan magistral yolunun kənarlarında, Aza, Düylün, Dəstə kəndlərinin ərazilərində, eləcə də rayonun digər yaşıllıq sahələri və bağlarında alaq otları biçilib, ağac və çoxillik gül kollarına aqrotexniki qulluq göstərilib. Eyni zamanda tullantılar ərazilərdən təmizlənib, arxlar çıxarılıb və suvarma işləri aparılmışdır. Yaşıllıqlara qulluq və abadlıq işlərində idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunmasına töhfə vermək, həmçinin gələcək nəsillərə sağlam təbii irsin ötürülməsini təmin etmək məqsədilə keçirilən abadlıq tədbirlərində yüksək fəallıq nümayiş olunub.