Ordubad rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində növbəti yaşıllaşdırma və abadlıq işləri görülüb

       2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan olunması ilə əlaqədar Ordubad rayonunda növbəti abadlıq tədbirləri təşkil edilib. 26 aprel 2025-ci il tarixində Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan yaşıllaşdırma işlərində idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.

     Görülən işlər çərçivəsində Ordubad–Naxçıvan magistral yolunun kənarlarında, eləcə də rayonun  digər yaşıllıq zolaqlarında abadlıq və təmizlik işləri görülüb, ağaclara aqrotexniki qulluq göstərilib. Eyni zamanda alaq otları biçilib, ağacların gövdələri ağardılıb, tullantılar ərazilərdən təmizlənib və suvarma işləri aparılmışdır.

     Ətraf mühitin mühafizəsi, təbiətin qorunması və ekoloji tarazlığın saxlanılmasına töhfə vermək məqsədilə keçirilən abadlıq tədbirlərində yüksək fəallıq nümayiş etdirilib.