Ordubad rayonunda məişət zorakılığına qarşı maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və suverenlik ili" elan olunması çərçivəsində 23 aprel 2025-ci il tarixində Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında “Məişət zorakılığı ilə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon İcra Hakimiyyəti Başçısı Yanında Məişət Zorakılığına Qarşı Monitorinq qrupunun sədri Fərqanə Hüseynli, Monitorinq qrupunun üzvləri – Ordubad Rayon İcra Hakimiyyəti aparatının Hüquq şöbəsinin müdiri Emin Mehbalıyev, Ordubad rayon Prokurorunun köməkçisi Fərid Orucəliyev və Polis şöbəsinin əməkdaşı Orxan Tağıyev çıxış ediblər. Çıxışlarda ölkəmizdə ailə institutunun qorunması, qadın və uşaqların hüquqlarının müdafiəsi istiqamətində görülən tədbirlər, məişət zorakılığına qarşı mübarizə sahəsində mövcud qanunvericilik bazası, hüquq-mühafizə orqanlarının bu sahədə fəaliyyəti və vətəndaş məsuliyyəti haqqında ətraflı məlumat verilib.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.