Ordubad rayonunun Dəstə kəndində kənd təsərrüfatı məhsulları istehsalçıları üçün maarifləndirmə tədbiri keçirilib

17 aprel 2025-ci il tarixdə Dəstə kəndində Ordubad Rayon İcra Hakimiyyəti, Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzi və Aqroservis ASC-nin birgə təşkilatçılığı ilə kənd təsərrüfatı məhsulları istehsalçıları üçün texnika, texnoloji avadanlıqlar və suvarma sistemlərinin satışı, yeni nəsil texnika və texnoloji avadanlıqlara təlabat haqqında maarifləndirmə tədbiri keçirilib.

        Tədbirdə kənd təsərrüfatı təyinatlı texnikaların, suvarma sistemlərinin güzəşti qiymətlərlə əldə olunması, digər kənd təsərrüfatı məhsullarının istehsalı prosesində istifadə olunan vasitələrin və onların ehtiyat hissələrinin güzəştli qiymətlərlə satışı barədə söhbət aparılıb. Keçirilən tədbirdə ümumilikdə 21 nəfər iştirak edib. Sonda iştirakçıların sualları cavablandırılıb.