Martın 17-də Ordubad şəhərində yerləşən Mədəniyyət Sarayında "Himayədar ailə modeli və Qeytkiping mexanizmi" və "Təhsildə sosial iş" layihələrinin təbliği ilə bağlı maarifləndirmə tədbiri keçirilib. Tədbirdə rayon ərazisində fəaliyyət göstərən müvafiq dövlət qurumlarının nümayəndələri, məktəb direktorları, psixoloqlar və sosial xidmət sahəsinin əməkdaşları iştirak ediblər
Tədbiri giriş sözü ilə açan Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fərqanə Hüseynli Ulu Öndər Heydər Əliyevin ölkəmizdə sosial siyasətin inkişafı naminə gördüyü işlərdən bəhs edib. O vurğulayıb ki, Heydər Əliyevin əsasını qoyduğu sosial siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar sosial müdafiəyə ehtiyacı olan ailələrin rifahının yaxşılaşdırılmasına və uşaqların layiqli şəraitdə böyüməsinə xidmət edir.
Daha sonra Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Naib Əlizadə mövzu üzrə çıxış edib. Agentliyin Sosial təminat və övladlığa götürmə şöbəsinin aparıcı mütəxəssisi Adilə Əsgərova "Himayədar ailə modeli və Qeytkiping mexanizmi" mövzusunda slaydlar vasitəsilə geniş izah verib. Ardınca Agentliyin Sosial müəssisələrlə iş, sosial xidmət və sosial proqramlar şöbəsinin böyük mütəxəssisi Əminə Məmmədova "Təhsildə sosial iş" layihəsi barədə təqdimat edib.
Tədbirin yekununda bu sahədə həyata keçirilən islahatların əhəmiyyəti vurğulanıb və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.