Şəhid Babayev Natiq Barat oğlunun xatirəsi anıldı

    Ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Babayev Natiq Barat oğlunun doğum günü ilə əlaqədar Ordubad şəhərində tədbir təşkil olunub, Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət edilib. Keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini, İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Polis şöbəsinin, Sosial Xidmətlər Agentliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Çıxış edənlər şəhid Natiq Babayevin Vətən qarşısında misilsiz xidmətlərindən danışıb, onun qəhrəmanlığının gələcək nəsillərə örnək olduğunu vurğulayıblar. Şəhidin yaxınları göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirib, onun xatirəsinin daim qəlblərdə yaşayacağını ifadə ediblər. Tədbirin sonunda şəhidlərin ruhuna dualar oxunub.

        Məktəblilər tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.