16 aprel 2025-ci il tarixdə Ordubad rayonunun Dəstə kəndində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid Nəbiyev Qurban Cavad oğlunun əziz xatirəsi ehtiramla yad edilib. Anım tədbirində Ordubad rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyətininin, Sosial Xidmətlər Agentliyinin, Polis şöbəsinin, eləcə də kənd ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhidin yaxınları və kənd ictimaiyyəti iştirak edib.
Mərasim zamanı şəhidin məzarı ziyarət olunub, üzərinə güllər düzülüb, ruhuna dualar oxunub. Tədbirdə çıxış edənlər Nəbiyev Qurbanın həyat və döyüş yolundan bəhs edərək onun göstərdiyi qəhrəmanlıqdan, Vətənə sədaqətindən danışıblar. Bildirilib ki, Nəbiyev Qurban Cavad oğlu, Azərbaycan Ordusunun rəşadətli əsgəri kimi torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub və şəhidlik zirvəsinə ucalıb.
Tədbirin sonunda məktəblilər tərəfindən vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.