Şəhid Rzayev Etibar Qürbət oğlunun xatirəsi anıldı

     30 aprel 2025-ci il tarixdə Ordubad rayonunun Kələntər Dizə kəndində Birinci Qarabağ müharibəsi zamanı Ağdam rayonunun Qərvənd kəndi ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Rzayev  Etibar  Qürbət oğlunun anım günü qeyd olunub. Tədbir şəhidin məzarının yerləşdiyi kənd qəbiristanlığında təşkil olunub və iştirakçılar onun əziz xatirəsini yad ediblər.

      Mərasimdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini, İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin və Polis şöbəsinin əməkdaşları, eləcə də, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

      Çıxış edənlər Rzayev  Etibar  Qürbət oğlunun Vətən qarşısında göstərdiyi şücaətdən danışıb, onun adının daim qürurla xatırlanacağını bildiriblər. Sonda şəhidlərin ruhuna dualar oxunub.