
12 mart 2026-cı il tarixdə Ordubad rayonunun Gilançay kəndində Ordubad Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Azərbaycan Aqrar Subsidiya Şurası”nın təyin etdiyi yeni əmsalların tətbiqi, yaz əkinlərinin EKTİS-də bəyan olunması, “Vətəndaş mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınması”, “Torpaq analizlərinin aparılması”, “Kənd təsərrüfatı texnika və texnoloji avadanlıqlarının lizinqə verilməsi”, “Erkən yazda əkin sahələrində aparılacaq aqrotexniki qulluq” və “Aqrar sığorta meyvə bağlarını hansı risklərdən qoruyur” mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə yeni subsidiya əmsalları, əkin sahələrindən bol məhsul əldə edilməsi üçün yaz əkinlərinin optimal müddətə bitirilməsi, əkinlərdə xəstəlik və zərərvericilərə qarşı kimyəvi və bioloji mübarizə tədbirlərinin vaxtında aparılması, əkin sahəsindən götürüləcək torpağın analizinin aparılması qaydaları, “Naxçıvan Aqroservis” ASC-də mövcud olan texnika və texnoloji avadanlıqlar və onların lizinqə verilmə qaydaları, vətəndaşların mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınmasında tələb olunan sənədlər və dövlət rüsumu, meyvə bağlarının sığorta olunması barədə fermerlərə geniş məlumat verilib.
Sonra tədbirin təşkilatçıları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.


