Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, hüquq-mühafizə orqanlarının, rayonda yerləşən idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və əməkdaşları, icra nümayəndələri, şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları və rayon ictimaiyyəti tərəfindən Ordubad şəhərində yerləşən Şəhidlər Xiyabanı ziyarət olunub, şəhidlərin məzarları üzərinə gül dəstələri düzülərək xatirələri ehtiramla yad edilib, şəhidlərin ruhuna dualar oxunub.
Tədbirlərin davamı olaraq Ordubad rayonunun Azadkənd, Darkənd, Düylün, Dırnıs, Unus, Üstüpü, Sabirkənd, Kələntər Dizə, Behrud, Tivi, Ağrı, Dəstə, Xanağa, Başkənd, Qoruqlar, Gənzə, Yuxarı Əndəmic kəndlərində və Ordubad şəhər qəbiristanlığında yerləşən şəhid məzarları ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub, şəhid ailələri ilə görüşlər keçirilib, onlara mənəvi dəstək ifadə olunub.
Saat 12:00-da ölkəmizin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

















