ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azadkənd kəndində şəhidin xatirəsi anılıb

2025-ci il iyulun 7-də Azadkənd kənd qəbiristanlığında Birinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Ələkbərov Qulam Novruz oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon İcra Hakimiyyətinin, Sərhəd xidmətinin, Sosial Xidmətlər Agentliyinin, Polis Şöbəsinin əməkdaşları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Tədbirdə çıxış edənlər Vətən uğrunda canından keçmiş Qulam Ələkbərovun şərəfli ömür yolundan bəhs ediblər. Qeyd olunub ki, o, göstərdiyi rəşadət və xidmətləri ilə gənclərə nümunə olub, qəhrəmanlığı və fədakarlığı xalqımızın yaddaşında daim yaşayacaq. Çıxışlarda, həmçinin ölkə rəhbərliyinin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan söz açılıb, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar vurğulanıb.