ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azadkənddə şəhid Ələkbərov Qulam Novruz oğlunun anım tədbiri keçirilib

    Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı şəhidlik zirvəsinə ucalan Ələkbərov Qulam Novruz oğlunun əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Şəhidimizin dəfn olunduğu Azadkənd qəbiristanlığında keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

     Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, məzarı üzərinə gül dəstələri düzülüb və çıxışlar dinlənilib. Çıxış edənlər şəhid Ələkbərov Qulam Novruz oğlunun Vətənə sədaqətindən, göstərdiyi igidlik və şücaətdən bəhs edərək, onun həyat yolunun gənc nəsil üçün örnək olduğunu vurğulayıblar. Qeyd olunub ki, şəhidlərimizin əziz xatirəsinin uca tutulması, onların ailələrinə dövlət qayğısının göstərilməsi hər zaman diqqət mərkəzində saxlanılır.

  Tədbirin sonunda məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.