Ordubad rayonunun Kilit kəndində şəhidlik zirvəsinə ucalan İsmayılov Orxan Baba oğlunun anım tədbiri keçirildi. 23 dekabr 2025-ci il tarixdə keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbər şəxsləri və əməkdaşları, məktəb kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Behrud kənd qəbiristanlığında şəhidimizin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, çıxışlar dinlənilib.
Çıxışlarda müstəqilliyimizin qorunması, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi, suverenliyimizin bərpa olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyi vurğulanıb, şəhid ailələrinə mənəvi dəstək ifadə olunub.
Tədbirin sonunda məktəblilər tərəfindən şəhidlərin xatirəsinə həsr edilmiş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib