Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Abdullayev İntiqam Allahverdi oğlunun anım tədbiri keçirilib, əziz xatirəsi hörmət və ehtiramla yad olunub. Düylün kəndində keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, hüquq və mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidimizin məzarı ziyarət olunub, çıxışlar dinlənilib, şəhidimizin ruhuna dualar oxunub.
Çıxışlarda şəhidimizin həyatı və döyüş yolu haqqında məlumat verilib. Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi, müstəqilliyimizin qorunması, suverenliyimizin tam bərpa olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyi, şəhid ailələri və müharibə iştirakçılarının ölkə başçısı tərəfindən xüsusi diqqət və qayğı ilə əhatələndiyi vurğulanıb.
Tədbirin sonunda orta məktəb şagirdləri tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.