
44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan mayor Asiman Əliyevin anım tədbiri keçirilib. Düylün kəndində Şəhidlərin xatirəsinə ucaldılmış abidə önündə keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbər şəxsləri və əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, hərbçilər, məktəb kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxışlar dinlənilib, şəhidimizin həyatı və döyüş yolu barədə məlumat verilib. Məktəblilər tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.



