ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

“Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib

        2025-ci il 6-16 iyul tarixlərdə Fransanın paytaxtı Paris şəhərində UNESCO-nun Baş Qərargahında Dünya İrsi Komitəsinin 47-ci sessiyası keçirilir. Sessiyanın gündəliyinə uyğun olaraq 11 iyul tarixdə Dünya İrsinin İlkin Siyahısına təqdim olunan nominasiya fayllarının müzakirəsi aparılıb. Azərbaycan tərəfindən təqdim olunmuş “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” və “Qədim Qəbələ şəhəri” UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib.

       Qeyd edək ki, Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcı hissəsində, 3725 metr yüksəklikdə yerləşən Gəmiqaya, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biridir. Bu ərazi Tunc dövrünün müxtəlif mərhələlərinə, Dəmir dövrünə və orta əsrlərə aid zəngin qayaüstü təsvirlərlə diqqət çəkir.