ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

İlham Əliyevin Prezident seçilməsi– Müstəqil Azərbaycanın taleyində yeni mərhələ

Azərbaycan dövlətçiliyinin müasir tarixində mühüm əhəmiyyət kəsb edən 15 oktyabr 2003-cü il tarixi xalqımızın taleyində dönüş nöqtəsi oldu. Həmin gün keçirilən prezident seçkilərində xalqımız öz gələcəyini, sabitliyini və inkişaf yolunu Prezident İlham Heydər oğlu Əliyevin adı ilə bağladı.
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursunun layiqli davamçısı kimi İlham Əliyevin prezident seçilməsi ölkəmizdə siyasi sabitliyin, iqtisadi tərəqqinin və beynəlxalq nüfuzun möhkəmlənməsində əsas mərhələni formalaşdırdı. O vaxtdan bu günə qədər həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə – iqtisadi, sosial, hərbi və mədəni sahələrdə böyük nailiyyətlər qazanıb. Azərbaycan iqtisadiyyatında davamlı artım təmin edilib, müasir infrastruktur layihələri həyata keçirilib, bölgələrin sosial rifahı yüksəlib. Ordumuz güclənərək qalib və qüdrətli bir orduya çevrilib.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa etdi. Bu, həm də 2003-cü ildə xalqın verdiyi qərarın nə qədər düzgün və uzaqgörən olduğunu bir daha sübut etdi.
Bu gün 15 oktyabr tarixi təkcə bir seçki günü kimi deyil, həm də Azərbaycan xalqının öz liderinə, dövlətinə və gələcəyinə inamının rəmzi kimi qeyd olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha qüdrətli, müasir və qalib Azərbaycan kimi inkişaf yolunu inamla davam etdirir.