ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

“Konstitusiya və Suverenlik ili” çərçivəsində Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrı növbəti tamaşanı rayon ictimaiyyətinə təqdim edib

Mayın 22-də Ordubad Rayon Mədəniyyət Sarayında Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrı növbəti səhnə əsərini rayon ictimaiyyətinə təqdim edib. Tamaşaçıların böyük maraq və rəğbətlə qarşıladığı bu dəfəki səhnə işi tanınmış dramaturq Tofiq Seyidovun “Yarım günlük rəis müavini” adlı iki pərdəli, dörd şəkilli komediyası olub.

Tamaşanın rejissoru Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Günəş Ağayeva, quruluşçu rejissoru Nadir Məhərrəmov, tərtibatçı rəssamı Hikmət Əliyev, işıq və səs operatoru isə Müseyib Fərzəliyevdir.

Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrının təqdim etdiyi bu səhnə əsəri aktyor oyunu, maraqlı süjet xətti və yüksək səhnə tərtibatı ilə tamaşaçılarda xoş təəssürat yaradıb.