
Ordubad Rayon İcra Hakimiyyəti olaraq Novruz bayramı münasibətilə hər kəsi səmimi qəlbdən təbrik edirik.
Baharın gəlişini, təbiətin oyanışını və milli-mənəvi dəyərlərimizin təntənəsini özündə əks etdirən Novruz bayramı xalqımızın ən əziz və qədim bayramlarından biridir. Bu əziz günlərdə evlərimizə sevinc, süfrələrimizə bolluq, ürəklərimizə isə ümid və xoş niyyətlər dolur.
Ölkəmizin hər yerində olduğu kimi Ordubad rayonunda da Novruz ənənələri özünəməxsus formada yaşadılaraq, bayram yüksək əhval-ruhiyyə ilə qeyd olunur, milli adət-ənənələrimiz qorunaraq gələcək nəsillərə ötürülür. Baharın gəlişi birlik və həmrəyliyimizi daha da möhkəmləndirir, cəmiyyətimizdə qarşılıqlı hörmət və qayğını gücləndirir.
Milli-mənəvi dəyərlərimizi təcəssüm etdirən bu bayramda hamıya möhkəm can sağlığı, firavan həyat arzulayırıq. Novruz bayramı hər bir ocağa sevinc, ruzi-bərəkət və xoşbəxtlik gətirsin.
Novruz bayramınız mübarək olsun!