Ordubad Rayon İcra Hakimiyyətində Azərbaycan xalqının müasir tarixinə həm qanlı faciə, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrinin ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı, icra hakimiyyətinin əməkdaşları, hüquq və mühafizə orqanlarının rəhbərləri, Naçıvan Muxtar Respublikası Ali məclisində Ordubad rayonunu təmsil edən deputatlar, idarə, müəssiə və təşkilatların rəhbər şəxsləri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edibLər.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxışında 20 Yanvar hadisələrinin Azərbaycanın müstəqillik yolundakı həlledici rolunu vurğulayaraq qeyd edib ki, 1990-cı ilin yanvarında törədilən cinayət xalqımızın azadlıq iradəsini qıra bilməmiş, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz suverenliyini tam bərpa edərək, milli birliyimizi Zəfər zirvəsinə daşımışdır.
"20 Yanvar sadəcə bir matəm günü deyil, Azərbaycanın istiqlal yolunun zirvəsi, xalqımızın əyilməz ruhunun nümayişidir. Ümummilli Lider Heydər Əliyevin həmin dövrdə göstərdiyi siyasi qətiyyət bu hadisələrə düzgün hüquqi-siyasi qiymətin verilməsini təmin etmişdir." – deyə Rəcəb Rəhimli bildirmişdir.
Tədbirdə çıxış edən digər natiqlər də milli məfkurəmizin, azadlıq arzusunun oyanış günü və qəhrəmanlıq salnaməsinin ən dəyərli səhifələrindən biri olan 20 Yanvar hadisələrinin torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün tam bərpası yolunda əsgər və zabitlərimizi Zəfər ruhuna kökləyən əsas amillərdən biri olduğunu qeyd ediblər.