ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda 9 Noyabr – Dövlət Bayrağı Günü qeyd edildi

Ordubad Rayon İcra Hakimiyyəti və Ordubad Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

  Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 Tədbiri giriş sözü ilə açan İcra Başçısının müavini Fərqanə Hüseynli, Dövlət Bayrağı Gününün əhəmiyyəti, tarixi, üçrəngli bayrağımızın xalqımız üçün müqəddəsliyi, eləcə də, 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfər nəticəsində Azərbaycan bayrağının işğaldan azad olunmuş torpaqlarda qürurla dalğalanması barədə ətraflı məlumat verib.

  Tədbir çərçivəsində rayonun ümumtəhsil məktəblilərinin kollektivləri tərəfindən vətənpərvərlik ruhunda müxtəlif ədəbi-bədii kompozisiyalar təqdim olunub. Şagirdlərin çıxışı gənc nəslin vətənə, bayrağa və dövlət rəmzlərinə olan məhəbbətini bir daha nümayiş etdirib