
12 dekabr 2025-ci il tarixində Ordubad rayonunda Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilib.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Naxçıvan Muxtar Respublikası Ali Məclisində Ordubad rayonunu təmsil edən deputatlar, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayonun şəhər, qəsəbə, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayon ictimaiyyətinin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin Ordubad şəhərinin mərkəzində ucaldılan büstünü ziyarət ediblər.
Abidənin önünə gül dəstələri düzülüb, dahi Liderin əziz xatirəsi ehtiramla yad olunub.





