ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda fermerlər üçün maarifləndirmə tədbiri keçirilib.

   13 fevral 2026-cı il tarixdə Ordubad Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Süni Mayalanma Mərkəzinin təşkilatçılığı ilə birlikdə “Süni mayalanmanın tətbiqinin genişləndirilməsində, yerli malların cins tərkibinin yaxşılaşdırılmasında süni mayalanmanın əhəmiyyəti və alınan balaların damazlıq məqsədi üçün seçilib düzgün yemləndirilməsi və bəslənməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.

   Tədbirdə ailə təsərrüfatlarında süni mayalanmadan alınmış dişi buzovların damazlıq üçün seçilməsinin düzgün aparılmasının gələcəkdə süd və ət məhsullarının artırılmasında rolu, damazlıq heyvandarlıq təsərrüfatlarının yaradılması, süni mayalanmadan doğulan buzovların qeydiyyata alınması, subsidiyaların verilməsi barədə fermerlərə geniş məlumat verilib.

   Sonra tədbirin təşkilatçıları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.