ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda fermerlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib.

16 fevral 2026-cı il tarixdə  Ordubad rayonunun Sabirkənd kəndində Ordubad Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin, “Naxçıvan Aqroservis” ASC-nin və Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun, İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə  “Azərbaycan Aqrar Subsidiya Şurası”nın təyin etdiyi yeni əmsalların tətbiqi, yaz əkinlərinin EKTİS-də bəyan olunması, “Vətəndaş mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınması” “Torpaq analizlərinin aparılması”, “Kənd təsərrüfatı texnika və texnoloji avadanlıqlarının lizinqə verilməsi”, “Erkən yazda əkin sahələrində aparılacaq aqrotexniki qulluq”  və “Kənd təsərrüfatında aqrar sığorta mexanizminin tətbiqi,” mövzularında maarifləndirici tədbir keçirilib. 

   Tədbirdə yeni subsidiya əmsalları, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində yaz əkinlərinin bəyan prosesinin aparılması, əkin sahələrindən bol məhsul əldə edilməsi üçün yaz əkinlərinin optimal müddətə bitirilməsi, əkinlərdə xəstəlik və zərərvericilərə qarşı kimyəvi və bioloji mübarizə tədbirlərinin vaxtında aparılması, əkin sahəsindən götürüləcək torpağın analizinin aparılması qaydaları, “Naxçıvan Aqroservis” ASC-də mövcud olan texnikalar, texnoloji avadanlıqlar və onların lizinqə verilməsi qaydaları,  vətəndaşların mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınmasında tələb olunan sənədlər və dövlət rüsumu,  aqrar sığorta mexanizminin tətbiqində sığorta predmetləri barədə fermerlərə geniş məlumat verilib.

   Sonra tədbirin təşkilatçıları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzular ətrafında müzakirələr aparılıb.