ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda kənd təsərrüfatının siyahıyaalınması ilə bağlı maarifləndirici tədbir keçirilib

İyulun 10-da Ordubad rayonunda “Kənd təsərrüfatının siyahıyaalınması” mövzusunda maarifləndirici görüş təşkil olunub. Tədbirə aidiyyəti dövlət qurumlarının nümayəndələri, icra nümayəndəliklərinin əməkdaşları, bələdiyyə sədrləri və üzvləri, eləcə də bu sahədə fəaliyyət göstərəcək sayıcılar qatılıblar.

Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon üzrə kənd təsərrüfatı siyahıyaalınmasına yardım komissiyasının sədri Rəşadət Orucov, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Müşfiq Əliyev və Ordubad Rayon Statistika İdarəsinin rəisi Namiq Babayev mövzu ətrafında çıxış edərək iştirakçılara ətraflı məlumat veriblər.

Qeyd olunub ki, cari ilin 15 iyul–15 avqust tarixləri arasında ölkə üzrə, o cümlədən Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının siyahıyaalınması həyata keçiriləcək. Bu prosesin əsas məqsədi sahə üzrə dəqiq və etibarlı statistik məlumatların toplanması, habelə icraçılar üçün zəruri təlimatların çatdırılmasıdır.

Çıxışlarda siyahıyaalmanın mahiyyəti, əhatə dairəsi və əhəmiyyəti vurğulanıb, metodoloji əsasları və həyata keçirilmə mərhələləri barədə ətraflı izahlar təqdim olunub.

Sonda iştirakçılar mövzu ilə bağlı suallarını səsləndirib, fikir mübadiləsi aparılıb.