ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda növbəti yaşıllıq aksiyası keçirildi

14 mart 2026-cı il tarixində Ordubad rayonunda növbəti yaşıllıq aksiyası təşkil edilib. Aksiyada idarə, müəssisə və təşkilat kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ordubad-Naxçıvan magistral yolunun kənarlarında yeni tinglər əkilib, alaq otları biçilib, ağaclara və çoxillik gül kollarına aqrotexniki qaydada qulluq göstərilib. Abadlıq və yaşıllaşdırma tədbirlərində yüksək fəallıq müşahidə olunub.
Qeyd edək ki, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, həmçinin gələcək nəsillərə sağlam təbii irsin ötürülməsi məqsədilə görülən tədbirlər davamlı olaraq həyata keçirilməkdədir.