
13 sentyabr 2025-ci il tarixdə yaşıllıqların abadlaşdırılması məqsədilə keçirilən tədbirdə idarə, müəssisə və təşkilat kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ordubad-Naxçıvan magistral yolunun kənarlarında alaq otları biçilib, ağaclara və çoxillik gül kollarına aqrotexniki qaydada qulluq göstərilib, suvarma işləri həyata keçirilib. Abadlıq və yaşıllaşdırma tədbirlərində yüksək fəallıq müşahidə olunub.
Qeyd edək ki, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, həmçinin gələcək nəsillərə sağlam təbii irsin ötürülməsi məqsədilə görülən tədbirlər davamlı olaraq həyata keçirilməkdədir.





