Ordubad şəhər tam orta İnternat məktəbində Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlər zamanı 26 yanvar 1994-cü il tarixdə Füzuli rayonunda itkin düşən qəhərman hərbçimiz Novruzov Faiq Hüseyn oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailəsi və məktəb kollektivi iştirak edib.
Çıxışlarda Faiq Novruzovun həyatı və döyüş yolu haqqında məlumat verilib. Həmçinin, Vətən müharibəsində, Antiterror əməliyyatında əsgər və zabitlərimizin göstərdiyi şücaət və qəhrəmanlıqlardan, Azərbaycan tarixinin ən parlaq səhifəsinə çevrilən Zəfər tarixindən bəhs olunub. Qəhrəman şəhidlərimizin əziz xatirələrinin hər zaman böyük qürur hissi ilə anılacağı qeyd edilib, şəhid ailələri və müharibə iştirakçılarının ölkə başçısı tərəfindən xüsusi diqqət və qayğı ilə əhatələndiyi vurğulanıb.
Məktəblilər tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub.