ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda “Şəhərsalma nəzarəti çərçivəsində qanunsuz tikililərlə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

12 mart 2026-cı il tarixdə Dəstə kəndində Ordubad Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma nəzarəti çərçivəsində qanunsuz tikililərlə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

     Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələr və vətəndaşlar iştirak ediblər. Mövzu ilə əlaqədar çıxışlar dinlənilib. Çıxışlar zamanı şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri, dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydaları və qanunsuz tikililərin qarşısının alınması istiqamətində görülməsi zəruri hesab edilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verilib. Eyni zamanda bu sahədə aparılan işlərdə qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının vacibliyi, gələcəkdə baş verə biləcək nöqsanların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin, o cümlədən nəzarət mexanizmlərinin gücləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

    Sonda iştirakçılar tərəfindən səsləndirilən suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.