20 mart 2026-cı il tarixində ölkəmizin bütün bölgələrində olduğu kimi, Ordubad rayonunda da müqəddəs Ramazan bayramı münasibətilə bayram namazı qılınıb.
Ordubad şəhərində yerləşən Cümə məscidində və rayonun digər məscidlərində bayram namazı eyni vaxtda başlayıb. Səhərin erkən saatlarında yüzlərlə sakin ibadət evlərinə toplaşaraq bayram namazında iştirak ediblər. Namazdan sonra dualar oxunub, Allahdan mərhəmət, əmin-amanlıq, bol ruzi və bərəkət arzulanıb.