ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubadda 15 sentyabr – Bilik günü qeyd olunub

  Hər il 15 sentyabr ölkəmizdə Bilik günü kimi qeyd olunur. Bu gün məktəblərdə yeni dərs ilinin başlanması münasibətilə tədbirlər təşkil olunur. İlk dərslər gənc nəsilin savadlı, bilikli və vətənpərvər ruhda yetişməsinə yönəldilir.

  15 sentyabr 2025-ci il tarixində tam orta məktəbləində Bilik günü münasibətilə tədbirlər keçirilib. Tədbirlərdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Təhsil şöbəsinin rəhbər şəxsləri və əməkdaşları, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

  Çıxışlarda ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından geniş bəhs edilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsi daim diqqət mərkəzindədir, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin peşəkarlığının artırılması və şagirdlərin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atılır. Həmçinin vurğulanıb ki, gənc nəsil yalnız bilikli deyil, eyni zamanda vətənpərvər, məsuliyyətli və sosial baxımdan fəal olmalıdır. Çıxış edənlər müəllimlərin fədakar əməyini yüksək qiymətləndirərək onlara və şagirdlərə uğurlar arzulayıb, yeni tədris ilinin başlanması münasibətilə onları təbrik ediblər.

  Tədbirdə şagirdlər ədəbi-bədii kompozisiyalarla çıxış edib, ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunub. Sonra 2025-2026-cı tədris ilinin başlanmasını bildirən ilk zəng çalınıb.

  Bilik günü münasibətilə Ordubadın  bütün şəhər və kənd məktəblərində də müxtəlif tədbirlər təşkil olunub.