ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubadda 27 Sentyabr - Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

26 sentyabr 2025-ci il tarixində Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub. Aksiyada Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli və aparatın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, rayonun idarə, müəssisə, təşkilatlarının, şəhər, qəsəbə və kənd icra nümayəndəliklərinin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Aksiyanın keçirilməsində əsas məqsəd 27 Sentyabr – Anım Gününü ehtiramla yad etmək, torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək olub. Aksiya  çərçivəsində iştirakçılar tərəfindən Dəstə kəndi ərazisindəki “Qazi” massivində 150 ədəd meyvə tingi, Aşağı Əndəmic kəndində isə 50 ədəd həmişəyaşıl ağac əkilmiş, əkilən ağaclara aqrotexniki qulluq göstərilmişdir.