ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubadda “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilib

Ölkə ərazisində 18 may – 18 iyun tarixləri arasında elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Ordubad şəhər tam orta internat məktəbində maarifləndirmə tədbiri təşkil edilib. Tədbir Ordubad Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Bölməsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.

Maarifləndirmə tədbiri 9–11-ci sinif şagirdləri üçün “Çağırışçıların hərbi xidmət vəzifələri” mövzusuna həsr olunub. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Mübariz Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən Turan Fərzəlisoy və Ordubad şəhər tam orta internat məktəbinin direktoru Məzahir Xəlilov çıxış ediblər.

Çıxışlarda hərbi xidmətin əhəmiyyəti, gənclərin Vətənə xidmətə hazırlığı, qanunvericiliklə müəyyən edilmiş öhdəliklər barədə ətraflı məlumat verilib. Həmçinin dövlətin gənclərlə bağlı apardığı siyasət, onların hüquq və vəzifələri, vətənpərvərlik tərbiyəsinin əhəmiyyəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb.