ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubadda “Ümummilli Lider Heydər Əliyev – müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib

"Konstitusiya və Suverenlik İli" çərçivəsində 14 iyul 2025-ci il tarixində Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Ümummilli Lider Heydər Əliyev – müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

          Çıxış edənlər 14 iyul tarixinin Azərbaycan tarixi üçün xüsusi əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, 1969-cu ilin məhz bu günü – 14 iyulda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə ölkənin ictimai-siyasi həyatında yeni bir mərhələnin əsası qoyulub. Bu dövrdən başlayaraq milli dirçəliş prosesi, elmi, iqtisadi və mədəni sahələrdə dərin dəyişikliklər baş verib, güclü kadr potensialı formalaşdırılıb, gələcək müstəqil dövlətçiliyin ideya və institusional əsasları yaradılıb.

Tədbirdə həmçinin Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın ilk Konstitusiyasının bilavasitə müəllifi olduğu xüsusi qeyd edilib. Bildirilib ki, 1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya ölkəmizin hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişafının hüquqi bünövrəsini təşkil etmişdir. Vurğulanıb ki, Ulu Öndərin müəyyənləşdirdiyi strateji inkişaf xətti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısınıın rəhbərliyi ilə ölkəmiz regional və qlobal miqyasda nüfuzlu aktora çevrilmiş, dövlət suverenliyi və ərazi bütövlüyü tam şəkildə təmin olunmuşdur.

Sonda tədbir iştirakçıları muzeyin ekspozisiya zalında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş guşə ilə tanış olublar.