ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubadda xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsi və məşğulluğuna dair maarifləndirici tədbir keçirilib

    15 yanvar 2026-cı il tarixdə Ordubad Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə dövlətin sosial siyasətinin yerlərdə effektiv icrasını təmin etmək və vətəndaşların rifah halının yaxşılaşdırılmasına dəstək vermək məqsədilə maarifləndirici tədbir keçirilmişdir. Görüşün əsas istiqamətləri xüsusi qayğıya ehtiyacı olan ailələrin müəyyən edilməsi, sosial müdafiə tədbirlərinə ehtiyacı olan şəxslərin aşkarlanması və onların müvafiq dövlət proqramlarına cəlb edilməsi, özünüməşğulluq proqramına dəstək, vətəndaşların fərdi təsərrüfatlarını yaratmaları üçün aktiv məşğulluq tədbirləri haqqında ətraflı məlumatlandırılması, ünvanlı dövlət sosial yardımı (ÜDSY),  aztəminatlı ailələrin müəyyən edilməsi və sosial yardımın təyinatı prosesində onlara hüquqi və praktiki dəstəyin göstərilməsi olmuşdur.

          Tədbirdə çıxış edən rəsmilər qeyd ediblər ki, bu növ görüşlər vətəndaş və dövlət qurumları arasında birbaşa dialoqun qurulmasına xidmət edir. Dövlət Məşğulluq Agentliyinin nümayəndələri özünüməşğulluq proqramı çərçivəsində təqdim olunan aktivlər (avadanlıq, heyvandarlıq və s.) və bu imkanlardan yararlanma qaydaları barədə iştirakçıları məlumatlandırıblar.

          Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları ünvanlı yardımın təyin olunma meyarları və müraciət qaydaları ilə bağlı yaranan sualları cavablandıraraq, prosesin tam şəffaf şəkildə həyata keçirildiyini vurğulayıblar.