ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Qoruqlar kəndində şəhid Ağayev Elşad Bayram oğlunun xatirəsinə anım tədbiri keçirildi

Ölkəmizin ərazi bütövlüyü və müstəqilliyinin qorunması uğrunda gedən döyüşlər zamanı 26.01.1994-cü il tarixdə Füzuli rayonunda şəhidlik zivəsinə ucalan Ağayev Elşad Bayram oğlunun əziz xatirəsinə həsr olunmuş anım tədbiri təşkil olunub. Qoruqlar kəndində keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhidin yaxınları kənd sakinləri iştirak ediblər. Şəhidimizin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, çıxışlar dinlənilib.

     Çıxış edənlər şəhid Elşad Ağayevin göstərdiyi qəhrəmanlıqdan, Vətənə olan sonsuz sevgisindən danışaraq, onun xatirəsinin daim hörmət və ehtiramla yad olunacağını vurğulayıblar. Çıxışlarda həmçinin şəhid ailələrinə göstərilən dövlət qayğısından danışılıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinin və müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar xüsusi qeyd olunub.