
Şəhid Rəfiyev Əmir Həsənpaşa oğlunun Sabirkənd qəbiristanlığında məzarı ziyarət olunub, xatirəsi dərin hörmət və ehtiramla anılıb, ruhuna dualar oxunub. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları və kənd ictimaiyyəti iştirak ediblər.
Çıxış edənlər Əmir Rəfiyevin həyat yolundan bəhs edərək onun Vətənə olan sonsuz sevgisini, fədakarlığını və qəhrəmanlığını xüsusi vurğulayıblar. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin hər biri xalqımızın qürur mənbəyidir. Onların keçdiyi şərəfli yol bugünkü gənclər üçün əsl vətənpərvərlik nümunəsidir. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına yüksək diqqət və qayğı göstərilir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır.




