ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

“Suverenlik xalqımızın ən böyük nailiyyətidir” mövzusunda tədbir keçirilib

19 sentyabr 2025-ci il tarixində Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Dövlət Suverenliyi günü ilə əlaqədar “Suverenlik xalqımızın ən böyük nailiyyətidir” mövzusunda tədbir keçirilib. Tədbirdə  Ordubad Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının, icra nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, çıxışlar dinlənilib.

Çıxışlarda qeyd edilib ki, Konstitusiya müstəqilliyimizin möhkəmlənməsi, dövlət suverenliyimizin qorunması və vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu 1995-ci il Konstitusiyası Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi olmuş, ölkəmizin gələcək inkişaf istiqamətlərini müəyyən etmişdir. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyamızın prinsipləri əsasında dövlət suverenliyi qorunur, milli maraqlar təmin edilir. Dövlət suverenliyi xalqımızın ən böyük tarixi nailiyyətidir, hər bir vətəndaşın azad və müstəqil şəraitdə yaşamasının təminatıdır, ölkəmizin davamlı inkişafı üçün möhkəm hüquqi-siyasi əsasdır.

Çıxış edənlər torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xalqımızın qürur mənbəyi olduğunu, şəhid ailələrinin və qazilərin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu, onların göstərdikləri qəhrəmanlıqların gənc nəsil üçün örnək təşkil etdiyini vurğulayıblar. Qeyd edilib ki, suverenlik və müstəqillik yolunda şəhidlərimizin, qazilərimizin, müharibə iştirakçılarının, Azərbaycan Ordusunun fədakarlığı xalqımızın birlik və vətənpərvərlik ruhunun ən ali göstəricisidir.