ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Tivi kəndində şəhid Bədrəddin Quliyevin xatirəsi yad edilib

24 yanvar 1994-cü il tarixdə Fizuli rayonunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan Quliyev Bədrəddin Əşrəf oğlunun doğum günü ilə əlaqədar Tivi kəndində anım tədbiri keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, Tivi kənd tam orta məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

   Şəhidlərin xatirəsinə ucaldılan Abidə ziyarət edilib, üzərinə gül dəstələri düzülüb, şəhidlərimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib. Şəhidimizin həyatı və döyüş yolu haqqında məlumat verilib. Məktəblilər tərəfindən şəhidimizin əziz xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.