ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Tivi kəndində şəhid Rufiz Budaqovun xatirəsi yad edilib

   29 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan “Qarabağ” ordenli şəhid Budaqov Rufiz Şirzad oğlunun xatirəsi yad edilib, Tivi kəndində anım tədbiri keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin, Polis şöbəsinin, Səfərbərlik Xidmətinin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, Tivi kənd tam orta məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidlər Abidəsində keçirilən tədbirdə çıxışlar dinlənilib, şəhidimizin ruhuna dualar oxunub.

    Çıxış edənlər müstəqilliyimizin qorunması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi, suverenliyimizin tam bərpa olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyini vurğulayıblar. Şəhidlərimizin keçdikləri şərəfli döyüş yollarından və dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan bəhs olunub.

  Tədbirin sonunda məktəblilər tərəfindən şəhidlərin xatirəsinə həsr olunan şeirlər səsləndirilib.

 

  Qeyd edək ki, şəhid Budaqov Rufiz Şirzad oğlu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli Sərəncamına əsasən “Qarabağ” ordeni ilə, 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə, 2021-ci il 24 iyun tarixli Sərəncamına əsasən  "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.