ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Unus kəndində şəhid Nihat Quluzadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib

      Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal xarakterli Antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Quluzadə Nihat Qasım oğlunun doğum günü ilə əlaqədar olaraq Unus kəndində şəhidimizin məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb.

     24 yanvar 2026-cı ildə keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid  ailələri, müharibə iştirakçıları, hərbçilər, məktəb kollektivi və kənd ictimaiyyəti iştirak ediblər. Tədbirdə çıxışlar dinlənilib, şəhidimizin ruhuna dualar oxunub.

     Çıxışlarda şəhidimizin həyatı və döyüş yolu haqqında məlumat verilib. Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi, müstəqilliyimizin qorunması, suverenliyimizin tam bərpa olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyi, şəhid ailələri və müharibə iştirakçılarının ölkə başçısı tərəfindən xüsusi diqqət və qayğı ilə əhatələndiyi vurğulanıb. 

       Tədbirin sonunda orta məktəb şagirdləri tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.