ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Uşaq Səfirlər Məclisinin Ordubad rayonu üzrə regional nümayəndəliyi tərəfindən 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib

27 may 2025-ci il tarixində Ordubad şəhər 3 saylı tam orta məktəbdə 28 May – Müstəqillik Günü münasibətilə tədbiri keçirilib. Tədbir Uşaq Səfirlər Məclisinin Ordubad rayonu üzrə regional nümayəndəliyinin təşəbbüsü ilə təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.

Ordubad şəhər 3 saylı tam orta məktəbin təşkilatçısı, Azərbaycan Respublikasının Əməkdar Müəllimi Səkinə Tağıyeva və Uşaq Səfirlər Məclisinin Ordubad rayonu üzrə nümayəndəliyinin üzvü, X sinif şagirdi Nəsrin Məmmədova çıxış edərək Müstəqillik Gününün tarixi əhəmiyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələri və bugünkü müstəqil Azərbaycanın inkişaf yolu barədə danışıblar.

Daha sonra şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib, müxtəlif rəqs nömrələri təqdim olunub. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.