
20 dekabr 2025-ci il tarixdə şəhid İsmayılov Kazım Məzahir oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər
Tədbirdə şəhidimizin şərəfli döyüş yolu haqqında iştirakçılara məlumat verilib, ruhuna dualar oxunub. Çıxışlarda ölkəmizin ərazi bütövlüyü və müstəqilliyinin qorunması, suverenliyimizin bərpa olunması uğrunda canlarından keçən qəhrəman Azərbaycan övladlarının xatirəsinin daim ehtiramla yad edildiyi, həmçinin, ölkə başçısı cənab İlham Əliyevin tapşırığı əsasında bütün bölgələrdə şəhid ailələri və müharibə iştirakçılarına qarşı mütəmadi olaraq diqqət və qayğının göstərildiyi qeyd olunub.
.jpeg)
.jpeg)
.jpeg)



.jpeg)