ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Yaşıllıqlara mövsümi qulluq işləri davam etdirilir

  Ordubad rayonunda abadlıq və təmizlik işlərinin davamı olaraq 6 sentyabr 2025-ci il tarixində yaşıllıqlara mövsümi qulluq tədbirləri həyata keçirilib. Tədbirdə rayonun idarə, müəssisə və təşkilat kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.

  Görülən işlər çərçivəsində Ordubad–Naxçıvan magistral yolunun kənarlarında və rayonun müxtəlif ərazilərində yerləşən yaşıllıq zolaqlarında abadlıq-təmizlik işləri aparılıb, ağaclara qulluq göstərilib. Bununla yanaşı, alaq otları biçilib, tullantılar yığışdırılıb və suvarma işləri görülüb.

  Qeyd edək ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan olunması ilə əlaqədar keçirilən bu tədbirlər ətraf mühitin mühafizəsinə, təbiətin qorunmasına və ekoloji tarazlığın təmin olunmasına mühüm töhfə verir. Ordubadda təşkil olunan mövsümi qulluq işlərində iştirakçılar yüksək fəallıq nümayiş etdiriblər.