Bugün Ordubad rayonuna yağan güclü yağış nəticəsində Tivi kənd avtomobil yoluna sel gəlib. Sel sularının yolları yuması və özü ilə bərabər lil, kiçik qaya parçaları gətirərək yolun hərəkət hissəsini doldurması nəticəsində bəzi hissələr yararsız hala düşüb. Nəticədə Tivi kəndi ilə qonşu yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsi müvəqqəti olaraq dayandırılıb. Təxirəsalınmaz tədbirlər çərçivəsində əraziyə müvafiq qurumun texnika və canlı qüvvəsi cəlb edilib. Ə...
Ətraflı
İyunun 4-də Ordubad Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan ailələrin müəyyən edilərək onların sosial müdafiə tədbirlərinə cəlb edilməsi, eyni zamanda vətəndaşların özünəməşğulluq proqramının icrası çərçivəsində fərdi təsərrüfatlarının yaradılmasına dəstək göstərilməsi mövzusunda tədbir keçirilib. Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasınd...
Ətraflı
4 iyun 2025-ci il tarixində Ordubad Rayon İcra Hakimiyyətində “Yay mövsümü dövründə yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda seminar-müşavirə keçirilib. Tədbir Ordubad Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Seminar-müşavirədə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sə...
ƏtraflıOrdubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən 2025-ci il iyun ayının 3-də Xurs kənd İnzibati Ərazi Dairəsinin tərkibinə daxil olan Nürgüt kəndində səyyar qəbul keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, vətəndaşların müraciətlərini birbaşa dinləmək və qaldırılan məsələlərin yerində həllinə nail olmaq məqsədilə təşkil olunan görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti xidmət təşkilat...
Ətraflı
İyunun 2-də Bakı Ekspo Mərkəzində ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimi keçirildi. Bu tədbir çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi – “Caspian Power”, eləcə də 30-cu Yubiley “Baku Energy Forum”u öz işinə başladı. Azərbaycanın enerji diplomatiyası tarixində mühüm mərhələlərin rəmzinə çevrilən bu tədbirdə Prezident İlham Əliye...
Ətraflı