20 mart 2026-cı il tarixində ölkəmizin bütün bölgələrində olduğu kimi, Ordubad rayonunda da müqəddəs Ramazan bayramı münasibətilə bayram namazı qılınıb. Ordubad şəhərində yerləşən Cümə məscidində və rayonun digər məscidlərində bayram namazı eyni vaxtda başlayıb. Səhərin erkən saatlarında yüzlərlə sakin ibadət evlərinə toplaşaraq bayram namazında iştirak ediblər. Namazdan sonra dualar oxunub, Allahdan mərhəmət, əmin-amanlıq, bol ruzi və bərəkət arzulanıb. ...
Ətraflı
Ordubad Rayon İcra Hakimiyyəti olaraq müqəddəs Ramazan ayının başa çatması və Ramazan bayramı münasibətilə hər kəsi səmimi qəlbdən təbrik edirik. İnsanları mərhəmətə, paylaşmağa və mənəvi saflaşmaya dəvət edən Ramazan ayı cəmiyyətimizdə birlik, həmrəylik və xeyirxahlıq dəyərlərini daha da möhkəmləndirir. Bu mübarək bayram günlərində hər bir evə sevinc, süfrələrə ruzi-bərəkət, qəlblərə isə ümid və rahatlıq dolur. Rayonumuzda bu əziz bayram hər zaman yüksək əhv...
Ətraflı
Hörmətli həmvətənlər! Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm. Mənəvi-əxlaqi kamilliyi və nəcib niyyətləri özündə təcəssüm etdirən, insanların ruhunu və təfəkkürünü saflaşdıran on bir ayın sultanı Ramazan artıq başa çatır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu mübarək ayda müsəlmanlar Allah qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, yardımlaşma, şəfqət və...
Ətraflı
Hörmətli həmvətənlər!Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət və işlərinizdə nailiyyətlər diləyirəm.Azərbaycan torpağında çox qədim köklərə malik Novruz bayramı ulu əcdadlarımızın indiki nəsillərə müqəddəs ərməğanıdır. Bu əziz bayram uzun əsrlərdən bəri milli təfəkkür tərzimizin ayrılmaz tərkib hissəsi olub, mədəni dəyərlərimizin təşəkkülünə xüsusi töhfə vermişdir. Novruz mərasimlərində xalqımızın nikbin dünyagörüşü, təbiətə...
ƏtraflıVətəndaşların müraciətlərinin yerində dinlənilməsi, mövcud çətinliklərin operativ araşdırılması və həlli məqsədilə Ordubad rayonunda səyyar qəbulların keçirilməsi davam etdirilir. Növbəti səyyar görüş rayonun Aşağı Əndəmic kəndində təşkil olunub. Qəbulda Ordubad Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti xidmət təşkilatlarının rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Görüş zamanı çıxış ed...
Ətraflı